Yuxarı

Bu gün Zeynəb Xanlarovanın doğum günüdür

Dünya şöhrətli müğənninin 79 yaşı tamam olur

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

"Report" xəbər verir ki, dünya şöhrətli müğənninin 79 yaşı tamam olur.

Zeynəb Xanlarova 1936-cı ildə Bakıda anadan olub.

1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir.

Dünyanın əksər ölkələrində konsertlər verib.

Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi