Britaniyalı aktyor Tim Piqott-Smit vəfat edib

Britaniyalı aktyor Tim Piqott-Smit vəfat edib Onun nədən öldüyü bilinmir
İncəsənət
8 Aprel , 2017 03:46
Britaniyalı aktyor Tim Piqott-Smit vəfat edib

Bakı. 8 aprel. REPORT.AZ/ Böyük Britaniya aktyoru Tim Piqott-Smit 70 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Tim öz dövrünün böyük aktyorlarından olub. Onu centlmen və əsl dost kimi xatırlayacaqlar", — deyə nəşr aktyorun agenti Con Qrantın sözlərini sitat gətirib.

Onun ölümünün səbəbi hələ ki, məlum deyil.

Piqott-Smit "Aleksandr", "Dörd qələm", "V — deməli vendetta" , "Alisa möcüzələr diyarında" və s. kimi filmlərdə çəkilib.

Son xəbərlər

Orphus sistemi