Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub

Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub Tamaşada teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər
İncəsənət
1 İyun , 2017 19:05
Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub

Bakı. 1 iyun. REPORT.AZ/ Beynəlxalq Uşaq Günü münasibətilə Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanıb. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlanan tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər.

Dövlət Gənc Tamaşaçılar Teatrı və 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında nümayiş olunan yeni tamaşa Azərbaycan Xalq nağılı “Məlikməmməd” əsasında hazırlanıb.

Tamaşanın nümayişindən öncə səhnəyə çıxan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, tamaşanın quruluşçu rejissoru, xalq artisti Ağaxan Salmanlı çıxış edərək Beynəlxalq Uşaq gününün yaranma tarixi, ölkəmizdə bu bayramın yüksək səviyyədə keçirilməsi, hazırlanan tamaşanın yaradıcı heyəti haqqında ətraflı məlumat veriblər.

Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni xalq artisti Ağaxan Salmanlı, rejissoru Elnur Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Elvin Nuri, video və kompüter qrafikaçısı Ramiq Nəsirov, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Bir hissəli nağıl-tamaşada əsas obrazları teatrın aktyorları Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Ramiq Nəsirov, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova, Aygün Fətullayeva, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Elşən Şıxəliyev, Yusif Dadaşov və 6 saylı məktəb-litseyin şagirdəri Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi, Leyla Budaqova, Əli Həşimli, Əsəd Əliyev, Ənvər İslamov, Cəbrayıl Hacıyev, Murad Nağızadə, Nadir Qəhrəmanov, Süleyman Kəlbixanov, Yusif Rəhmanlı, Maqsud Hənifəyev, Kamran İmaməliyev, İsmayıl İsmayılov və başqaları ifa ediblər.

Son xəbərlər

Orphus sistemi