Beynəlxalq Muğam Mərkəzində Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək Tədbir oktyabrın 28-də olacaq
İncəsənət
5 Oktyabr , 2015 12:57
Beynəlxalq Muğam Mərkəzində Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi ilə bağlı Beynəlxalq Muğam Mərkəzində yubiley gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, yubiley gecəsi oktyabrın 28-də baş tutacaq.

Qeyd edək ki, Vasif Adıgözəlov ustad xanəndə Zülfü Adıgözəlovun ailəsində 1935-ci il iyulun 28-də dünyaya gəlib. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

1972-ci ildən - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi seçilib.

Vasif Adıgözəlov 2006-cı ildə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi