Bəstəkar Tahir Əkbər insult keçirib

Bəstəkar Tahir Əkbər insult keçirib Onun Dili tutulub, vəziyyəti çox pisdir
İncəsənət
2 Noyabr , 2017 11:58
Bəstəkar Tahir Əkbər insult keçirib

Bakı. 2 noyabr. REPORT.AZ/ Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbər insult keçirib.

Bu barədə "Report"a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib.

O qeyd edib ki, bəstəkarın səhhəti çox ağırdır: "Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanımasiya şöbəsindədir. Dili tutulub, vəziyyəti çox pisdir".

Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər "Report"a açıqlamasında hadisənin bu gün səhər baş verdiyini deyib: "Dünən tədbirlərdə iştirak etmişdi. Yorulduğuna görə, axşamdan özünü pis edirdi".

Son xəbərlər

Orphus sistemi