Yuxarı

​Belmondo və Delon yenidən ekranda görüşəcəklər

Fransanın TF-1 telekanalı payızda Belmondo Belmondo haqqında sənədli filminin premyerasının nümayişinə hazırlaşır

Bakı. 6 avqust. REPORT.AZ/ Məşhur fransız aktyorları Jan-Pol Belmondo və Alen Delon yenidən ekranda görüşəcəklər. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Fransanın "TF-1" telekanalı payızda "Belmondo Belmondo haqqında" sənədli filminin premyerasının nümayişinə hazırlaşır.

Filmdə Belmondo haqqında elə qəhrəmanın özü danışır. Belmondo layihənin müəlliflərindən biri olan oğlu Pola ətraflı müsahibə verməyə razılaşıb. Delon filmdə dəvət olunan "ulduz-qonaq" qismində çıxış edəcək.

İki məşhur fransalı aktyor yarım əsr boyu ölkənin "kino olimpində" birincilik uğrunda mübarizə aparıblar. "Belmondosuz Delon olmazdı və Delon olmadan Belmondo da olmazdı" - fəlsəfi fikirlərini "Express"  jurnalına müsahibəsində Alen Delon deyib.

Xatırladaq ki, fransız kinematoqrafının ən populyar filmlərindən biri olan "Borsalino" (1970) filmində baş rolları iki məşhur aktyor ifa edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi