Yuxarı
    Bağlamaq

    Belarusun rabitə və informasiyalaşdırma naziri Miniatür Kitabı Muzeyini ziyarət edib

    Nazir Sergey Popkov ziyarətin sonunda muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, Z.Salahovaya fəaliyyətdə uğurlar arzulayıb

    Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov İçərişəhərdə yerləşən Miniatür Kitabı Muzeyini ziyarət edib.

    "Report"un verdiyi məlumata görə, ziyarət zamanı Miniatür Kitabı Muzeyinin təsisçisi Zərifə Salahova muzeyin tarixi və zəngin kolleksiyası, xüsusilə Belarusdan olan miniatür kitablar barədə məlumat verib.

    Nazir Sergey Popkov ziyarətin sonunda muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, Z.Salahovaya fəaliyyətdə uğurlar arzulayıb.

    Sonda Z.Salahova belaruslu nazirə kolleksiyalar olan miniatür kitablarını hədiyyə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi