Belarusda filarmoniyanın onlarla əməkdaşı koronavirusa yoluxdu

Belarusda filarmoniyanın onlarla əməkdaşı koronavirusa yoluxdu Belarusun dövlət filarmoniyasının 31 əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınıb.
İncəsənət
22 Aprel , 2020 19:23
Belarusda filarmoniyanın onlarla əməkdaşı koronavirusa yoluxdu

Belarusun dövlət filarmoniyasının 31 əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” “Sputnik Belarus”a istinadən xəbər verir ki, bunu filarmoniyanın baş direktoru bildirib.

Məlumata görə, yoluxanların 29-u xor kapellasının artistləridir. Həmçinin elektrik və mühəndis də yoluxanların sırasındadır. Onların çoxu xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Buna səbəb əksəriyyətində koronavirusun simptomsuz keçməsidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 587 000-i ötüb. Bunların 705 851 nəfəri sağalıb, 179 985 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi