Yuxarı

Barat Şəkinskayanın 100 illik yubileyi qeyd ediləcək

Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir

Bakı.15 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tanınmış aktrisa Barat Şəkinskayanın 100 illik yubileyi qeyd ediləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, dekabrın 17-də saat Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrın inkişafında özünəməxsus yeri olan B.Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.Tədbirdə Azərbaycan milli mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun ustad sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.

"Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan B.Şəkinskaya yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilməklə, yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazların məharətli ifaçısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi