Balaca rəssamların "Yeni il nağılı" adlı sərgisi keçiriləcək

Balaca rəssamların "Yeni il nağılı" adlı sərgisi keçiriləcək Sərgi dekabrın 26-da "Natəvan" qalereyasında olacaq
İncəsənət
16 Dekabr , 2015 10:28
Balaca rəssamların Yeni il nağılı adlı sərgisi keçiriləcək

Bakı. 16 dekabr. REPORT.AZ/ "Natəvan" qalereyası balaca rəssamların sərgisini təşkil edəcək.

"Report" xəbər verir ki, sərgi dekabrın 26-da keçiriləcək.

Balaca rəssamlar qalereyanın yaradıcılıq mərkəzində rəngkarlığın sirlərini öyrənirlər.

"Yeni il nağılı" adlanan sərgidə balaca rəssamların qış fəslini əks etdirən rəsmləri yer alacaq.

Sərgidə Natəvan Art qalereyasının rəssamı Reyhan Osmanovanın da əl işləri nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi