"Baku Chamber Orchesta" gənclər kamera orkestri Daşkənddə konsert verib

"Baku Chamber Orchesta" gənclər kamera orkestri Daşkənddə konsert verib Tədbir Heydər Əliyevin doğum gününə həsr olunub
İncəsənət
14 May , 2015 15:00
Baku Chamber Orchesta gənclər kamera orkestri Daşkənddə konsert verib

Bakı. 14 may. REPORT.AZ/ Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutan konsertdə Azərbaycandan və Özbəkistandan fəxri qonaqlar, deputatlar, dövlət nümayəndələri və digərləri iştirak ediblər.

Səfir Hüseyn Quliyev tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, məhz ümummilli liderin 92-ci ildönümü münasibətilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin Bakıdan xüsusi olaraq dəvət olunduğunu qeyd edib. 

Tədbirin bədii hissəsində Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Vaqif Mustafazadə və digər tanınmış Qərb bəstəkarların;n əsərləri ifa olunub.

Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, əməkdar artist Samirə Cəlilova, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə və Emil Bağırov Azərbaycan və dünya bəstəkarlarının klassik əsərlərini ifa ediblər.

Son xəbərlər

Orphus sistemi