Yuxarı

Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri Misir Mədəniyyət Mərkəzində olublar

Mərkəzdə uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi təklif edilib

Bakı. 7 may. REPORT.AZ/ Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri Misir Mədəniyyət Mərkəzində görüşdə olublar.

Misir Mədəniyyət Mərkəzindən Report"a verilən məlumata görə, Mərkəzin müdiri Əhməd Sami Elaydi şagirdlərə Misir Mədəniyyət Mərkəzinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən söhbət açdı və Misir mədəniyyətini və sivilizasiyasını əks etdirən film nümayiş etidirilib. 

Sonra İncəsənət məktəbinin rəsm müəlliməsi Nəsibə Şükürova dəvət üçün şagirdlərin və valideynlərin adından Misir Mədəniyyət Mərkəzinin müdirinə öz təşəkkürünü bildirib və Mərkəzə hədiyyə olaraq bir əl işi təqdim edib. Görüş zamanı bir sıra təkliflər müzakirə olunub. Təkliflərdən biri Misir Mədəniyyət Mərkəzində uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi olub. Tərəflər arasında bu sərginin yaxın zamanlarda təşkil olunması müzakirə edilib. 

Sonda xatirə şəkli çəkdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi