Bakıda Üzeyir Hacıbəylinin milli lad sistemi ilə bağlı II Respublika festivalı keçiriləcək

Bakıda Üzeyir Hacıbəylinin milli lad sistemi ilə bağlı II Respublika festivalı keçiriləcək Festivalın “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulur
İncəsənət
5 Yanvar , 2017 20:51
Bakıda Üzeyir Hacıbəylinin milli lad sistemi ilə bağlı II Respublika festivalı keçiriləcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən bu il aprelin 10-dan 17-dək “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, festivalın  “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulur.

Sözügedən festivalın məqsədi milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.

Qeyd olunub ki, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi