Yuxarı

Bakıda türk xalqlarının xalçalarının sərgisi keçiriləcək

Bundan əlavə, türk simpoziumu keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ May ayında Bakıda türk xalqlarının xalçalarının sərgisinin keçiriləcəyi gözlənilir. Bu barədə "Report"a Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutundan məlumat verilib.

Məlumata görə, tədbir Bakıda Xalça Muzeyində keçiriləcək. Tədbirdə xalçaçılıq sahəsində usta və ekspertlər iştirak edəcək. Onlar hər bir regionun xalçasının ərsəyə gəlməsi tarixi və xüsusiyyətləri barədə məlumat verəcəklər.

Bundan əlavə, Yunus Əmrə İnstitutu və Sakarya Universiteti (Türkiyə) təşkilati dəstəyi ilə mayın 24-də iki həftə davam edəcək türk simpoziumuna start veriləcək.

Tədbirdə türk dünyasının bütün ölkə və regionlardan olan alimlər, türkoloqlar və ekspertlər iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi