Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək Festival 20-24 aprel tarixlərində baş tutacaq
İncəsənət
29 Mart , 2015 14:27
Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Bakı.29 mart. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 20-24-dək Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival çərçivəsində aprelin 20-də saat 12:00-da Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində aprelin 21-i saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında Mühazirə və Operaya Baxış, saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında Laut Käfig ətrafında proqram, aprelin 22-si saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsaregradskaianın təqdimatında Mühazirə və operaya Baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı Multimedial Layihənin təqdimatı, aprelin 23-ü saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Multimedial Opera proqramı keçiriləcək.

Festivalın bağlanış mərasimi aprelin 24-ü saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi