Bakıda “Multikultural dəyərlər və dadlar” adlı tədbir təşkil olunacaq

Bakıda “Multikultural dəyərlər və dadlar” adlı tədbir təşkil olunacaq Tədbirdə 25 ölkənin mətbəx və mədəniyyət nümunələri nümayiş etdiriləcək.
İncəsənət
12 Dekabr , 2016 20:57
Bakıda “Multikultural dəyərlər və dadlar” adlı tədbir təşkil olunacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Turizm və Menecment Universitetində dekabrın 14-də “Multikultural dəyərlər və dadlar” adlı tədbir keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir ”Multikurturalizm ili”nin başa çatması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ,Yeni təqvim ili və universitetin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə “Multikultural dəyərlər və dadlar” adı altında baş tutacaq. 

Tədbirdə 25 ölkənin mətbəx və mədəniyyət nümunələri nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi