Yuxarı
    Bağlamaq

    Bakıda moda həftəsi keçiriləcək

    Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 22-dən "Azerbaijan Fashion Week"in ("Azərbaycan Moda Həftəsi") nümayişi olacaq.

    "Report" xəbər verir ki, bu barədə bu gün bununla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

    Bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək: "Tədbirdə Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Fransa və Rusiya təmsil olunacaq. Moda həftəsində 15 dizaynerin kolleksiyası nümayiş etdiriləcək.

    Dörd gün davam edəcək tədbir hər gün saat 19:00-dan etibarən Daş Salnamə muzeyində keçiriləcək. Eyni məkanda 15:00-dan başlayan "Açıq podium"da ziyarətçilər dizaynerlərin yeni kolleksiyalarından istədiklərini əldə edə biləcəklər.

    Qeyd edək ki, ildə iki dəfə təşkil olunan "Azerbaijan Fashion Week"in əsas məqsədi moda sənayesinin populyarlaşmasına töfhə vermək və istedadlı dizaynerlərin işlərini nümayiş etdirmək üçün şərait yaratmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi