Bakıda “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq

Bakıda “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq Proqram-sərginin açılışı aprelin 7-də saat 16.00-da baş tutacaq
İncəsənət
6 Aprel , 2017 11:45
Bakıda “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq
Nur Art House

Bakı. 6 aprel. REPORT.AZ/ Sabah Nur Art House qalereyasının təşkilatçılığı ilə “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərginin açılış mərasimi olacaq.

Bu barədə "Report"a “NUR Art House”un baş direktoru Röya Tağıyeva məlumat verib.

Proqram-sərgi çərçivəsində Aybəniz Yusubovanın “Güllərin sehri”, Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi, Uşaq proqramı çərçivəsində isə Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı ustad dərsləri keçiriləcək.

Sərginin qeyri-adiliyi Elçin Hami Axundovun müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ağca və yeddi cırtdan”, “Novruz” silsiləsindən olan gəlinciklərin sanki bir-biri ilə dialoqda verilməsidir.

Art-layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Aslanovadır. Proqram-sərginin dizaynerləri Nəzakət Əhmədova, Gülnaz Mədətova, Şərqiyyə Əfəndizadə, Kənan Səlimovdur.

Proqram-sərginin açılışı sabah saat 16.00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi