Yuxarı

Bakıda Fyodor Bondarçukun "Döyüşçü" adlı yeni filminin premyerası olub - VİDEO

Filmdə döyüş səhnələrinin quruluşuna xüsusi diqqət yönəldilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda Rusiyanın istehsalı olan "Döyüşçü" adlı yeni film oktyabrın 1-dən "28 Cinema" kinoteatrında nümayişə başlanılıb. 

"Report"un məlumatına görə, film Azərbaycanda nümayişə başlanan gündən artıq kinoteatrda maksimum ajiotaj yaradıb, ən çox baxılan kinolardandır.

Film təkbətək döyüş növü ilə məşğul olan iki qardaş haqqında bəhs edir. Onlar ailə münasibətlərini bərpa etmək və maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə döyüş turnirində iştirak etmək qərarına gəlib. Filmdə atanın da öz rolu var: o, boks üzrə məşqçi olub və öz oğullarını çempion görmək istəyir. Bu film ata və iki qardaşın həyatı prizmasından göstərilmiş ailə dəyərləri, onilliklərlə daxildə gəzdirdiyimiz incikliklər, başqalarına verdiyimiz ağrı və bağışlama bacarığından bəhs edir.

Filmin prodüserləri Fyodor Bondarçuk, Dmitriy Rudovskiy və Anton Zlatopolskiydir.

Baş rollarda məşhur aktyorlar Fyodor Bondarçuk, Sergey Bondarçuk, Svetlana Xodçenkova, Vladimir Yaqlıç, Yuriy Yakovlev-Suxanov, Aleksandr Novin, Aleksandr Baluyev, Mariya Andreyeva, Vladimir Selivanov və Yekaterina Melnik çəkilib.

Filmdə döyüş səhnələrinin quruluşuna xüsusi diqqət yönəldilib. Bu səhnələrdə Əli Baqautinov, Vladimir Mineyev, Maksim Qrişin, Konstantin Yeroxin və Vitaliy Minakov adlı idmançılar çəkilib.

Qeyd edək ki, 2011-ci ildə "Qanın tamı" ssenarisi əsasında Hollivudda "Döyüşçü" adlı film çəkilib. Rusiyanın istehsalı olan "Döyüşçü" filminin yaradıcıları da həmin ssenarinin müəllif hüquqlarını alıb. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi