Yuxarı

Bakıda Fransa pantomima ustasının konserti keçirilib

Loran Dekol Bakı tamaşaçılarına Səssizlik kəlmələri pantomima tamaşasını təqdim edib

Bakı. 15 aprel. REPORT.AZ/ Bakıda Beynəlxalq Muğam Mərkəzində fransalı pantomima aktyoru Loran Dekolun konserti baş tutub. 

"Report" xəbər verir ki, L.Dekol Bakı tamaşaçılarına "Səssizlik kəlmələri" pantomima tamaşasını təqdim edib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe qeyd edib ki, Fransa səfirliyi üçün Azərbaycan Muğam Mərkəzində tədbir keçirmək böyük şərəfdir. A.Buşe bildirib ki, pantomima aktyoru Loran Dekolun Bakıdakı çıxışı Frankafoniya Günləri çərçivəsində keçirilir. Bu il tədbirlər aprel ayının 17-dək davam edəcək. 

Səfir vurğulayıb ki, Azərbaycan və Fransa arasında sıx mədəni əlaqələr mövcuddur.

Qeyd edək ki, məşhur pantomima ustaları - Marsel Marso və Etyen Dekrunun tələbəsi olan Loran Dekol bütün dünyada tamaşa və ustad dərsləri ilə çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi