Yuxarı
    Bağlamaq

    Bakıda “Ellada” uşaqların incəsənət sərgisi açılacaq

    Uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan qədim Yunanıstana həsr olunub

    Bakı. 3 mart. REPORT.AZ/ Martın 6-da Bakı İtalyan mərkəzində “Ellada” uşaqların incəsənət sərgisi açılacaq.

    “Report”un məlumatına görə, tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin “ARGO” Yunan cəmiyyəti və İtalyan mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

    Uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan qədim Yunanıstana həsr olunub. Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin tələbələri qədim yunan incəsənəti haqqında öyrənib və bütün bunları öz rəsmlərində, qrafik təsvirlərində, batiklərində və keramika üzərində rəngləmələrdə təcəssüm etdiriblər.

    Martın 11-dək davam edəcək sərginin açılış mərasimində tələbələr öz əl işlərinə görə mükafatlandırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi