Yuxarı

Bakıda Ebru sənəti kursları təşkil olunub

Kurslar Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin ofisində keçirilir

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Yunus Emre Türkiyə Mədəniyyət Mərkəzi ilə birgə Ebru sənətinin kurslarının başlaması haqqında elan verib. 

"Report" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, kurslar TİKA-nın Xəqani küç., 31/24 ünvanında yerləşən ofisində keçiriləcək.  

Qeyd edək ki, Ebru sənəti ənənəvi türk təsviri sənətinin növüdür. Təsvir əvvəlcə suya çəkilir, daha sonra isə kağızın üzərinə köçürülür.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi