Yuxarı

Bakıda Azərbaycan - Koreya dostluğuna həsr olunmuş konsert keçirilib

Bakıda Azərbaycan - Koreya dostluğuna həsr edilmiş konsert keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan - Koreya dostluğuna həsr olunmuş konsert keçirilib.

“Report” xəbər verir ki, konsertdə çıxış edən Azərbaycan Dövlət Simfonik Orkestri və Koreya mənşəli tanınmış violonçel ustası Ryo Mihae Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Aleksandr Borodin, Honq Nan-pa, Manuel de Falla kimi böyük sənətkarların əsərlərini ifa ediblər.

Konsertdə ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi