Bakı Simfonik Orkestri Tehranda konsert verəcək

Bakı Simfonik Orkestri Tehranda konsert verəcək Bakı. 30 iyul. REPORT.AZ/ Bakı Simfonik Orkestri Tehranda konsert proqramı ilə çıxış edəcək.
İncəsənət
30 İyul , 2018 10:35
Bakı Simfonik Orkestri Tehranda konsert verəcək

Bakı. 30 iyul. REPORT.AZ/ Bakı Simfonik Orkestri Tehranda konsert proqramı ilə çıxış edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, konsert avqustun 14-də "Vəhdət Teheran" zalında keçiriləcək. Orkestrə dirijor Vahid Əlipur rəhbərlik edəcək.

Orkestr Pablo de Sarasate, Çarlz-Kamil Sen-Sans, Fikrət Əmirov və digər tanınmış bəstəkarların əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Tehran konserti Bakı Simfonik Orkestrinin Şimali Xorasan əyalətindəki Boynurd şəhəri ilə başlayan konsert turunun bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi