Bakı məktəbliləri Şekspirin "Kral Lir" əsərini ingilis dilində səhnələşdirib - FOTO

Bakı məktəbliləri Şekspirin "Kral Lir" əsərini ingilis dilində səhnələşdirib - FOTO Məktəb müəllimlərinin rəhbərliyi ilə hazırlanan tamaşada 30-a yaxın şagird rol alıb
İncəsənət
12 Fevral , 2016 17:31
Bakı məktəbliləri Şekspirin Kral Lir əsərini ingilis dilində səhnələşdirib - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı məktəbliləri Şekspirin "Kral Lir" əsəri əsasında ingilis dilində tamaşa hazırlayıblar.

“Report” xəbər verir ki, tamaşa Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbdə səhnəyə qoyulub. 

Məktəbin müəllimlərinin rəhbərliyi ilə hazırlanan tamaşada 30-a yaxın 5-6-cı sinif şagirdi rol alıb.

Səhnə əsərinin təqdimatında məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbir şagirdlərin konsert proqramı ilə davam edib.

Sonda şagirdlərə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi