Azərbaycanda azsaylı xalqların milli geyimləri sərgilənəcək

Azərbaycanda azsaylı xalqların milli geyimləri sərgilənəcək Sərgini Mədəniyyət və Turizm Nazirliyi təşkil edəcək
İncəsənət
22 İyul , 2015 17:48
Azərbaycanda azsaylı xalqların milli geyimləri sərgilənəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək.

"Report" xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.

Mərkəzdən bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.

Xatırladaq ki, ötən il qurum “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.

Son xəbərlər

Orphus sistemi