Yuxarı

Azərbaycanlı violonçel ifaçısı Zahar Bronun ustad dərslərində iştirak edəcək

Gənc ifaçı nüfuzlu beynəlxalq müsabiqələrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılır

Bakı. 15 mart. REPORT.AZ/ İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı violonçel ifaçısı, Prezident təqaüdçüsü Kamran Ömərli aprelin 2-dən 10-dək İsveçrənin İnterlaken şəhərində keçiriləcək dünya şöhrətli professor Zahar Bronun ustad dərslərində iştirak edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Gənc ifaçı nüfuzlu beynəlxalq müsabiqələrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılıb.

Gənc virtuoz Kamran Ömərli bir çox respublika və beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edib.

Qeyd edək ki, Kamran Ömərli Beynəlxalq kvartetlər müsabiqəsinin (İspaniya, 2014) və “Gənc virtuozlar” XI Beynəlxalq müsabiqəsinin (Bolqarıstan, 2015) laureatıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi