Azərbaycanın əməkdar artistinin səhhəti qaydasındadır

Azərbaycanın əməkdar artistinin səhhəti qaydasındadır Tofiq Hüseynov mayda səhhətində yaranan problemlərlə bağlı cərrahiyyə əməliyyatı olunub
İncəsənət
14 İyul , 2016 15:52
Azərbaycanın əməkdar artistinin səhhəti qaydasındadır

Bakı. 14 iyul. REPORT.AZ/ "Səhhətim qaydasındadır, müalicəm davam edir".

Bunu "Report"a Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov bildirib. 

O, hazırda Bakıda olduğunu söyləyib: "Hazırda istirahət edirəm. Özümü yaxşı hiss edirəm. Amma müalicələrim davam edir. Şükür Allaha, normalam. Teatra gedib, gəlirəm".

Xatırladaq ki, əməkdar artist cari ilin mayında səhhətində yaranan problemlərlə bağlı cərrahiyyə əməliyyatı olunub və bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.

Son xəbərlər

Orphus sistemi