Yuxarı
    Bağlamaq

    Azərbaycanda Qazaxıstanın Qızıl Orda vilayətinin Mədəniyyət Günləri keçiriləcək

    Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcək, tamaşa nüçayiş etdirəcəklər

    Bakı. 10 aprel. REPORT.AZ/ Qazaxıstanın Qızıl Orda vilayətinin Azərbaycanda Mədəniyyət Günləri keçiriləcək. 

    Musiqili Teatrdan "Report"a verilən məlumata görə, tədbir ik ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. 

    Tədbirin açılış mərasimi aprelin 12-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq və rəsmi hissədən sonra Qazaxıstanın Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

    Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə baş tutan mərasim çərçivəsində aprelin 12-15-də Bakı və Şəki şəhərlərində bir sıra mədəni tədbirlər keçiriləcək. 

    Qızıl Orda Filarmoniyasının konserti, Qızıl Orda vilayətinin N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası Şəki tamaşaçılarına təqdim olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi