“Azərbaycan xalq nağılları” adlı sərgi keçiriləcək

“Azərbaycan xalq nağılları” adlı sərgi keçiriləcək Sərgidə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” Rəsm Dərnəyinin üzvlərinin əsərləri nümayiş etdiriləcək
İncəsənət
31 Mart , 2016 19:23
“Azərbaycan xalq nağılları” adlı sərgi keçiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxanasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” Rəsm Dərnəyi “Azərbaycan xalq nağılları” adlı sərgi keçirəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Sərgidə rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının 31 şagirdinin 120-dən artıq rəsm əsəri təqdim olunacaq.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı əllər" adlı Rəsm Dərnəyi artıq 2 ildir ki, fəaliyyət göstərir. Burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olur. Bununla da onların yaradıcılıq meyilləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdır.

Kollektivdənəinki rəngkarlığın müxtəlif çalarları (qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s.) eyni zamanda uşaqlara müxtəlif plastik materiallardan bədii tərtibatın hazırlanması da öyrədilir. Tez-tez uşaqların fəaliyyəti müddətində çəkilmiş əsərlərdən ibarət sərgilər keçirilir.

Rəsm Dərnəyində 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər.

"Bacarıqlı Əllər" Rəsm Dərnəyinin müəllimləri Gilan Əzizxanlı və Leyla Dadaşovadır. 

Son xəbərlər

Orphus sistemi