“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub

“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb
İncəsənət
23 Yanvar , 2017 13:08
“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub. 

"Report"un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalın bu sayında sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılışı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin əməkdar jurnalist Ləman Əliəşrəfqızının filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib.

E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.       

Son xəbərlər

Orphus sistemi