Azərbaycan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb - VİDEO

Azərbaycan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb - VİDEO Reklam çarxları Azərbaycanın təbliğinə yönəlib
İncəsənət
11 Aprel , 2015 16:46
Azərbaycan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb - VİDEO

Bakı. 11 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb.

"Report" xəbər verir ki, reklam çarxlarının hazırlanmasında məqsəd - Azərbaycan regionlarının tanıdılması, ölkədaxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionları təbliğ etməkdir.

Reklam çarxları ölkəmizi tanımaq və ölkəmizin bölgələrinə səfər etmək şüarı ilə hazırlanıb.

Qeyd edək ki, bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib

Son xəbərlər

Orphus sistemi