Azərbaycan teatrları mövsümə yekun vurublar

Azərbaycan teatrları mövsümə yekun vurublar Yeni teatr mövsümü sentyabrda açılacaq
İncəsənət
6 İyul , 2015 19:20
Azərbaycan teatrları mövsümə yekun vurublar

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən teatrlar mövsümü bağlı elan edib və yay istirahətinə gedib. 

"Report" xəbər verir ki, bu siyahıda Azərbaycan Dövlət "YUĞ" Teatrı da var.

"YUĞ" Teatrı iyunun 28-də A.P.Çexovun "Albalı bağı" əsəri əsasında, mərhum rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi "Birinci akt" tamaşası ilə mövsümə yekun vurub.

Tamaşada rolları əməkdar artistlər Sonaxanım Mikayılova, Fərhad İsrafilov, Məmməd Səfa, Yaqut Paşayeva, Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Mətanət Abbasova, Qasım Nağı canlandırıb. 

Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vurub. 
Xalq nağılları əsasında hazırlanmış səhnə əsərinin bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Əsasən, gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.
Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

Digər teatrlar da mövsümə yekun vurublar. 

Son xəbərlər

Orphus sistemi