Azərbaycan teatrı Xəzəryanı ölkələrin festivalında mükafata layiq görülüb

Azərbaycan teatrı Xəzəryanı ölkələrin festivalında mükafata layiq görülüb Xəzəryanı ölkələrin I Beynəlxalq Teatr Festivalı TÜRKSOY-un təşəbbüsü ilə keçirilib
İncəsənət
29 Avqust , 2017 10:09
Azərbaycan teatrı Xəzəryanı ölkələrin festivalında mükafata layiq görülüb
lada.kz

Bakı. 29 avqust. REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin I Beynəlxalq Teatr Festivalı başa çatıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, festival iştirakçıları 6 nominasiyada mükafat alıblar.

"Xəzər Renesansı" nominasiyasında qalib isə Azərbaycan Dövlət "Yuğ" Teatrının truppası olub.

İranın "Ayna" teatr qrupu "Kaspiy meruerti" ("Xəzərin incisi") nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, Xəzəryanı ölkələrin I Beynəlxalq Teatr Festivalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə keçirilib, Qazaxıstanın xalq artisti Asanəli Əşimovun 80 illiyinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi