Azərbaycan “Star of Asia” festivalında təmsil olunub

Azərbaycan “Star of Asia” festivalında təmsil olunub Qazaxıstan paytaxtı Nur Sultanda Star of Asia festivalı keçirilib.
İncəsənət
18 İyun , 2019 12:08
Azərbaycan “Star of Asia” festivalında təmsil olunub

Qazaxıstan paytaxtı Nur Sultanda "Star of Asia" festivalı keçirilib.

"Report" xəbər verir ki, "Medeo" idman kompleksində təşkil olunan tədbirdə Azərbaycanı müğənni Samirə Əfəndi təmsil edib.

Nüfuzlu tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq, qrımızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb.

S.Əfəndi səhnədə “Tocame” mahnısını səsləndirib. Onu 10 nəfərdən ibarət “ballet baqyt girls” rəqs qrupu müşayiət edib.

Gecədə “Black Star” üzvü MOT, Dan Balan, Soqdiana, Outlandish və başqaları iştirak edib. Tədbirdə açılışı edən Samirəyə Almatanın rəmzi olan kubok təqdim olunub.

Son xəbərlər

Orphus sistemi