Azərbaycan rəssamlarının əsərləri Bolqarıstanda nümayiş olunur

Azərbaycan rəssamlarının əsərləri Bolqarıstanda nümayiş olunur Sərgi mayın 21-dək davam edəcək
İncəsənət
6 Aprel , 2017 20:31
Azərbaycan rəssamlarının əsərləri Bolqarıstanda nümayiş olunur

Sofiya. 6 aprel. REPORT.AZ/ Bolqarıstan Milli İncəsənət Qalereyasında “Azərbaycan - rənglərin sehrli kainatı” adlı sərgi açılıb. 

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Qalereyasının "Knyaz I Aleksandr” zalında aprelin 5-də təşkil olunan sərgidə ölkəmizin tanınmış rəssamları – Vüqar Muradov, Mirnadir Zeynalov, Yavər Sultanov, Cavad Mircavadov və Eldar Məmmədovun 31-dən çox əsəri bolqar ictimaiyyətinə təqdim edilib. 

Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib. 

Rəsmsevərlərin ixtiyarına verilən əsərlər həmçinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Rusiya, Hollandiya, Türkiyə, Macarıstan, Lüksemburq və digər ölkələrdə də nümayiş olunub.

Sərgi Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil edilib. Burada nümayiş olunan əsərlərin çoxu isə Bolqarıstanda yaşayan həmvətənimiz Rauf Axundovun şəxsi kolleksiyasındandır.

Sərgi mayın 21-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi