Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

    Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.

    Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaratmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirə layiqdir.

    Dövlət başçısı Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi