Yuxarı
    Bağlamaq

    Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında nümayiş etdirilir

    Mayın 11-dən 22-dək Fransada 69-cu Kann Beynəlxalq Film Festivalı keçirilir

    Bakı. 12 may. REPORT.AZ/ Mayın 11-dən 22-dək Fransada 69-cu Kann Beynəlxalq Film Festivalı keçiriləcək.

    "Report"un xəbərinə görə, artıq altıncı ildir ki, həmin festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur.

    Bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.

    “Azərbaycanfilm” kinostudiyası cari ildə Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib, filmlərimiz dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılıb.

    Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır.

    Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi