Azərbaycan milli rəqslərinə həsr edilən festival keçiriləcək

Azərbaycan milli rəqslərinə həsr edilən festival keçiriləcək Konsert proqramı Heydər Əliyev Sarayında olacaq
İncəsənət
2 Aprel , 2015 16:32
Azərbaycan milli rəqslərinə həsr edilən festival keçiriləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayında Azərbaycan milli rəqslərinə həsr edilən "Dostlar asimanda görüşür" adlı folklor rəqs festivalı keçiriləcək.

"Report" xəbər verir ki, konsert proqramı aprelin 9-da olacaq.

Konsertdə Azərbaycanın milli rəqsləri peşəkar rəqs qruplarının ifasında təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi