Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq

Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq Tamaşaçılar “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr edəcəklər
İncəsənət
6 Sentyabr , 2017 01:28
Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq

Buxarest. 6 sentyabr. REPORT.AZ/ Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək. Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr etmək imkanı əldə edəcəklər.

Artıq 3-cü ildir ki, keçiriləcək səfirliklər festivalında Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini təbliğ etmək imkanı qazanacaq. 

Son xəbərlər

Orphus sistemi