Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir

Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir Xalq artisti sabah İstanbula gedəcək
İncəsənət
21 Noyabr , 2017 12:23
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.

Son xəbərlər

Orphus sistemi