Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

    Dram əsəri V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında hazırlanıb

    Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Ağ ölüm" tamaşasının premyerası olacaq. 

    Teatrın mətbuat xidmətindən  "Report"a verilən xəbərə görə, tamaşa noyabrın 28-də tamaşaçılara təqdim ediləcək. 

    Tamaşa Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hazırlanıb.

    Tamaşanı V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında əməkdar artist Sərvər Əliyev səhnələşdirib. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

    Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

    Tamaşa noyabrın 28-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi