Yuxarı
    Bağlamaq

    "Azanfilm" vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb

    Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək

    Bakı. 22 fevral. REPORT.AZ/ “Azanfilm” cizgi filmləri studiyası vakansiyalar üçün ərizələrin qəbul müddətini uzadıb.

    "Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

    Animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını 2016-cı il martın 10-dək azanfilm.studio@gmail.com elektron ünvanına təqdim edə bilər.

    Qeyd edək ki, ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında olacaq. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi