Aşıq Ədalətin nəşi Qazaxa yola salınıb

Aşıq Ədalətin nəşi Qazaxa yola salınıb Dəfn mərasimi Qazaxda keçiriləcək
İncəsənət
15 Sentyabr , 2017 09:56
Aşıq Ədalətin nəşi Qazaxa yola salınıb
Report

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət (Nəsibov) Qazaxda dəfn olunacaq.

Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.

O qeyd edib ki, Aşıq Ədalətin nəşi artıq  Qazaxa yola salınıb : "Dəfn mərasimi Qazaxda keçiriləcək. Biz də vida mərasimində iştirak etmək üçün hazırda Qazaxa gedirik".

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi