Əməkdar artist doğum gününü səhnədə keçirəcək

Əməkdar artist doğum gününü səhnədə keçirəcək Aktyorun 44 yaşı tamam olur
İncəsənət
22 Yanvar , 2015 14:40
Əməkdar artist doğum gününü səhnədə keçirəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın əməkdar artisti Elşən Rüstəmovun ad günüdür. Aktyorun 44 yaşı tamam olur. Ad gününü səhnədə keçirəcək aktyor ən yaxşı təbrik və hədiyyənin tamaşa olduğunu deyir.

Bu barədə "Report"a açıqlama verən Elşən Rüstəmov doğum günündə tamaşa oynayacağını deyib.

"Bu gün ad günümdür. Aktyorun ən yaddaqalan ad günü səhnədə keçir. Mən də bu axşam Akademik Milli Dram Teatrının səhnəsində nümayiş ediləcək "Nadir şah" tamaşasında çıxış edəcəm. Elə düşünürəm ki, ən gözəl hədiyyəm də, ifa etdiyim tamaşa olacaq".

Bu yaxınlarda İlyas Əfəndiyevin "Mənim günahım" əsərini tamaşaçılara təqdim edəcəklərini deyən Elşən Rüstəmov həmin tamaşada Sahib rolunu ifa edəcək.

"Hazırda iki teatrda çalışıram. Gənc Tamaşaçılar Teatrı və Milli Dram Teatrı. Hər iki teatrın repertuarında olan maraqlı tamaşalarda rollarım var. Hər iki teatrı, sənətimi və obrazlarımı çox sevirəm. Əks halda uğur əldə etmək olmaz".

Əməkdar artist  Elşən Rüstəmov belə deyib.

Qeyd edək ki, Elşən Mərdan oğlu Rüstəmov 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. 1990-1995-ci illərdə İncəsənət İnstitutunun Darm və Kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Son illər Akademik Milli Dram Teatrının səhnəsində çıxış edən Elşən Rüstəmov dublyaj işi ilə də, məşğuldur.

Tamaşaçıların Elşən Rüstəmovla tanışlığı mərhum rejissor Lütfi Məmmədbəylinin çəkdiyi "İtkin gəlin" çoxseriyalı televiziya tamaşasında ifa etdiyi Elməddin rolu ilə olub.

Son xəbərlər

Orphus sistemi