Yuxarı

"Arşın mal alan"ın Asyasının 70 illik yubileyi qeyd olunur

Aktrisa Xuraman Hacıyevanın doğum günüdür

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının mərhum aktrisası Xuraman Hacıyevanın yubileyidir.

"Report" xəbər verir ki, mərhum aktrisanın 70 yaşı tamam olur.

Xuraman Hacıyeva tamaşaçılara çəkildiyi filmlərdən və televiziya tamaşalarından yaxşı tanışdır. 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmindən sonra tamaşaçılar gənc Xuramanı Asya deyə çağırmağa başlayıblar.

Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz obrazından sonra daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlara imza atıb.

1945-ci ildə Bakıda doğulan aktrisa uşaqlıqdan dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olan aktrisa ikinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Ömrünün son illərində ürək xəstəliyindən əziyyət çəkən Xuraman Hacıyeva 2005-ci il fevralın 15-də vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi