Aqşin Əlizadənin 80 illik yubileyi qeyd olunacaq

Aqşin Əlizadənin 80 illik yubileyi qeyd olunacaq Proqrama A.Əlizadənin iki birpərdəli "Qafqaza səyahət" və "Ümid valsı" baletinin tamaşası daxil edilib
İncəsənət
10 May , 2017 20:52
Aqşin Əlizadənin 80 illik yubileyi qeyd olunacaq

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mayın 21-də xalq artisti mərhum Aqşin Əlizadənin 80 illik yubileyi ilə bağlı onun xatirəsinə həsr olunan balet axşamı keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, balet axşamının proqramına A.Əlizadənin iki birpərdəli "Qafqaza səyahət" və "Ümid valsı" baletinin tamaşası salınıb.

Hər iki tamaşada teatrın balet truppasının artistlərinin çıxışı nəzərdə tutulub.

Tamaşaları xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi