Amerikalı caz ifaçısı Qabrielle Stravelli Bakıda konsertlər verəcək

Amerikalı caz ifaçısı Qabrielle Stravelli Bakıda konsertlər verəcək Caz vokalçısı 14-18 noyabr tarixlərində Azərbaycana ilk səfərini edəcək
İncəsənət
10 Noyabr , 2015 16:35
Amerikalı caz ifaçısı Qabrielle Stravelli Bakıda konsertlər verəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Amerikalı caz ifaçısı Qabrielle Stravelli 14-18 noyabr tarixlərində Azərbaycana ilk səfərini edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xanım ifaçı və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcək.

Q.Stravelli noyabrın 16-da Xəzər Universitetində konsert verəcək, noyabrın 17-də Milli İncəsənət Muzeyi ilə tanış olacaq və orada konsert verəcək, noyabrın 18-də isə YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimatda iştirak edib sonra elə buradaca konsert verəcək. Bütün konsert proqramlarına giriş pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.

Qeyd edək ki, Q.Stravelli Amsterdamdan Nyu Yorka qədər dünyanın ən yaxşı səhnələrində konsertlər verir. Onun yaradıcılıq fəaliyyətində El Cero və Con Maklaflinlə birgə verdikləri festival konsertləri xüsusi yer tutur. Vokalçı xanım Harlem caz festivalının (2009) qalibidir. 

Son xəbərlər

Orphus sistemi