Almaniyada IV Beynəlxalq Nürnberq Folklor Festivalı keçirilib

Almaniyada IV Beynəlxalq Nürnberq Folklor Festivalı keçirilib Azərbaycan rəqqasları səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb və "Bir millət, iki dövlət!" şüarını səsləndiriblər
İncəsənət
9 Fevral , 2015 20:26
Almaniyada IV Beynəlxalq Nürnberq Folklor Festivalı keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Almaniyanın Nürnberq şəhərində IV Beynəlxalq Nürnberq Folklor Festivalı keçirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Folklor Festivalını Almaniyada yaşayan Əbdürrəhman Gömrükçü adlı türk vətəndaşı təşkil edib.

400 nəfərin iştirak etdiyi Folklor Festivalının açılışında çıxış edənlər Almaniyanın türklər üçün ikinci Vətən olduğunu deyiblər. Sonra festivalın konsert proqramı başlayıb.

Tədbirdə Rusiya, Almaniya, Yunanıstan, Türkiyə, İspaniya, İndoneziya, Qambiya, Macarıstan, Bolqarıstan, Filippindən gəlmiş musiqi qrupları iştirak ediblər.

Azərbaycandan gəlmiş musiqi qrupunun çıxışı sürəkli alqışlarla qarşılanıb. Azərbaycanı təmsil edən rəqqaslar səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb və "Bir millət, iki dövlət!" şüarını səsləndiriblər.

Tədbirdə Ermənistandan gəlmiş musiqi qrupu da iştirak edib.

Üç saat davam edən musiqi bayramının sonunda qonaqlara türk mətbəxinin ən ləziz təamları təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi