Alim Qasımov Malayziyada konsert proqramı ilə çıxış edib

Alim Qasımov Malayziyada konsert proqramı ilə çıxış edib Ustad xanəndə sentyabrın 9-da Vətənə dönür
İncəsənət
8 Sentyabr , 2015 20:43
Alim Qasımov Malayziyada konsert proqramı ilə çıxış edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Malayziyada "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da konsert proqramı ilə çıxış edib. Bu barədə "Report"a ustad sənətkarın mətbuat katibi Səadət Möhübova məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə baş tutan konsert proqramı yüksək səviyyədə keçib: 

"Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə konsertdə Azərbaycan muğamlarından parçalar, xalq və bəstəkar mahnılarını məharətlə ifa ediblər. Konsertdə "Sarı gəlin" xalq mahnısı və Fikrət Əmirovun dahi Hüseyn Cavidin sözlərinə bəstələdiyi "Kor ərəbin mahnısı" da səsləndirilib. Konsertdən sonra Alim Qasımov Malayziyanın musiqiçiləri və yerli mətbuat nümayəndələri ilə görüşüb. Həmçinin, Alim Qasımov və Fərqanə xanım Malayziya radiosunda çıxış ediblər. Sentyabrın 9-da sənətkarlar Bakıya dönəcək"

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı səfirliyi Alim Qasımovun şərəfinə ziyafət təşkil edib. 

Son xəbərlər

Orphus sistemi